Nəsimi Festivalı çərçivəsində Vaşinqtonla telekörpü Ceremi Rifkinin mühazirəsi keçirilib FOTO


Digərləri 01 Okt 2018 12:07:35 238 0

Nəsimi Festivalı çərçivəsində Vaşinqtonla telekörpü  Ceremi Rifkinin mühazirəsi keçirilib  FOTO

Sentyabrın 29-da həmçinin Daş Salnamə Muzeyində dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) "Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı" adlı videomühazirəsi keçirilib.

Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq 27-30 sentyabr tarixlərində baş tutub.

Son.az Trend-ə istinadən xəbər verir ki, mühazirənin keçirilməsi üçün Vaşinqtonla telekörpü təşkil olunmuşdu.

C.Rifkin bildirib ki, bəşəriyyət üçüncü sənaye inqilabının ərəfəsindədir və bu, ekoloji təmiz elektrik, 3D printerlər və internet sayəsində mümkün olacaq. O hesab edir ki, bəşəriyyət özünü yenidən dərk etməli və empatiya bunda əsas rol oynayır:

"Biz insan irqini böyük bir ailə kimi qavramalıyıq və milli eyniləşdirmə barədə təsəvvürlərimiz genişləndirməliyik. Eyni zamanda, biz milli mənsubiyyətimizi və ya dini əlaqələrimizi itirmirik".