Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzaladı FOTO


Digərləri 01 Okt 2018 11:44:00 281 0

Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzaladı  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin ilə iki ali təhsil müəssisəsi arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Razılaşma imzalayıb.

BANM-dan Son.az-a verilən məlumata görə, imzalanma mərasimində ki ali təhsil müəssisəsinin əməkdaşlığı təhsil, elmi-tədqiqat və digər sahələri əhatə edəcək.

BANM-ın rektoru Elmar Qasımov Çin Neft Universiteti (Pekin) ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyərək bildirib ki, hər iki ali təhsil müəssisəsinin elmi-tədris maraqları, həmçinin təhsil üzrə fəaliyyətləri bir-birinə uyğundur.

Görüşdə Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin qeyd edib ki, iki universitetin elmi-tədqiqat və tədris fəaliyyəti üzrə əməkdaşlığı hər iki tərəf üçün faydalı olacaq, həmçinin, bağlanmış müqavilə gələcək əməkdaşlıq və birgə inkişafda çox böyük rola malik olacaq.


Xəbərə aid fotolar