Yerevanda RusiyaErmənistan birgə hərbi təlimləri başladı


Dünya 01 Okt 2018 11:37:00 218 0

Yerevanda RusiyaErmənistan birgə hərbi təlimləri başladı

Ermənistanın Bəhrəmyan poliqonunda Rusiyanın bu ölkədəki hərbi bazasının və Ermənistan silahlı qüvvələrinin batalyon taktiki qruplarının iştirakı ilə ikitərəfli batalyon taktiki təlimlərinə start verilib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.

Onun sözlərinə görə, təlimlər zamanı motoatıcı bölmələrin komandirləri aviasiyanın və digər növ bölmələrin dəstəyi ilə şərti düşmənin axtarışı, mühasirəyə alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.