75 dəqiqə danışıb xilas etdilər


Digərləri 01 Okt 2018 11:25:00 215 0

75 dəqiqə danışıb xilas etdilər

ABŞ-ın Nyu-York şəhərinin Polis Departamentinin (NYPD) zabitləri, detektivlər Kristofer Uilyams və Tomas Lonqa sosial şəbəkələrin qəhrəmanlarına çevriliblər.

Onlar dünən səhər saatlarında şəhərdəki Uilyamsburq körpüsünə dırmaşaraq özünü atmaq istəyən 41 yaşlı kişinin həyatını xilas ediblər.

Son.az ABC7ny-yə istinadən bildirir ki, Polis Departamentinin Fövqəladə Hallar İdarəsinin (NYPD Emergency Service Unit) əməkdaşları olan polislər səhər saatlarında hadisə yerinə çağırılmışdılar.

Onlar körpünün dayaq sütunlarından birinə dırmaşmış şəxsin intihara hazırlaşdığını görüblər.

Həmin şəxs 94,5 metr yüksəklikdə idi.


Xəbərə aid fotolar