Akif Çovdarov və onun keçmiş işçisi məhkəməyə verildi


Digərləri 01 Okt 2018 11:08:49 285 0

Akif Çovdarov və onun keçmiş işçisi məhkəməyə verildi

Həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və onun keçmiş işçisi, polkovnik Səlim Məmmədov məhkəməyə verilib.

Son.az report-a istinadən xəbər verir ki, həmin şəxslərin cinayət işində zərərçəkmiş qismində tanınan, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Neman Kərimov bu dəfə onlarla bağlı məhkəmə müraciət edib.

N.Kərimov A.Çovdarov və S.Məmmədovun barəsində mülki qaydada Xəzər Rayon Məhkəməsinə iddia irəli sürüb.

Belə ki, o, general və polkovnikdən 216 min manat dəyərində həm mənəvi, həm də maddi təzminat tələb edib.

Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.