“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Novxanıda


Digərləri 01 Okt 2018 11:02:45 216 0

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”  kampaniyası Novxanıda

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu, Novxanı kəndində keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial aksiya bu həftə Abşeron rayonu, Novxanı kəndində keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, vətəndaşların rahatlığını təmin edərək bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətləri səyyar formada təqdim ediləcək. Sakinlər 01-05 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Novxanı kəndi, Şıxəli Qurbanov küçəsi, 1 (Novxanı İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşa bilər.