İndoneziyada zəlzələdən sonra ən azı 1200 məhkum həbsxanadan qaçıb


Digərləri 01 Okt 2018 10:42:00 276 0

İndoneziyada zəlzələdən sonra ən azı 1200 məhkum həbsxanadan qaçıb

İndoneziyada zəlzələdən sonra ən azı 1200 məhkum həbsxanadan qaçıb.

Bakı. İndoneziyada baş vermiş zəlzələdən sonra Mərkəzi Sulavesi vilayətində yerləşən həbsxanalardan ən azı 1200 məhkum qaçıb. Trend-in məlumatına görə, faktı İndoneziya Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi təsdiq edib. O, əmin olduğunu bildirib ki, məhbuslar yeraltı təkanlar nəticəsində zərər çəkməkdən qorxduqları üçün qaçıblar: "Aydındır ki, bu onlar üçün ölüm-dirim məsələsi idi".