Bakıda ərinin pulu ilə sevgilisinə “Range Rover” alan qadın


Digərləri 01 Okt 2018 10:37:44 260 0

Bakıda ərinin pulu ilə sevgilisinə “Range Rover” alan qadın

Ərinin pullarını oğurlayıb sevgilisinə bahalı avtomobil alan qadın cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkumluq həyatı yaşayan Abdinova Səbinə Əliqulu qızının məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək. 

Xatırladaq ki, 2015-ci ilin 11 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə K.Bəkirov 9 il, S.Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.