Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzaladı (FOTO)


Digərləri 01 Okt 2018 10:30:08 307 0

Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzaladı (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin ilə iki ali təhsil müəssisəsi arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Razılaşma imzalayıb.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin ilə iki ali təhsil müəssisəsi arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Razılaşma imzalayıb. BANM-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində ki ali təhsil müəssisəsinin əməkdaşlığı təhsil, elmi-tədqiqat və digər sahələri əhatə edəcək. BANM-ın rektoru Elmar Qasımov Çin Neft Universiteti (Pekin) ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyərək bildirib ki, hər iki ali təhsil müəssisəsinin elmi-tədris maraqları, həmçinin təhsil üzrə fəaliyyətləri bir-birinə uyğundur.