Kriştianu Ronaldunun başı dərddə


Digərləri 01 Okt 2018 10:29:41 349 0

Kriştianu Ronaldunun başı dərddə

Turinin "Yuventus" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu ilə amerikalı Ketrin Mayorqanın fotoları internetdə yayılır.

Son.az CelebritiesBuzz-a istinadən bildirir ki,  sabiq otel hostesi olan Mayorqanın dediyinə görə, 2009-cu ildə Kriştianu Ronaldu onu ABŞ-ın Las-Veqas şəhərindəki (Nevada ştatı) "Pals Place" otelində, gecəsi 1200 dollarlıq penthaus nömrəsində zorlayıb.

"Kriştianu otaqda məni qucaqladı, yatağa yıxmağa çalışdı. Etiraz etdim, onun əlindən qurtulub qaçmağa çalışdım. Amma o, çox güclü idi, öhdəsindən gələ bilmədim. Mənə təcavüz etdi", - Mayorqa söyləyib.

Mayorqa sentyabrın 28-də belə bəyanatla çıxış edib və daha sonra bildirib ki, Ronaldu ona susmaq üçün 375 min dollar ödəyib.

33 yaşlı K.Ronaldu bu iddiaları yalan adlandırıb.


Xəbərə aid fotolar