Deputatlar bu gün ilk iclasa toplaşırlar:


Digərləri 01 Okt 2018 09:50:00 221 0

Deputatlar bu gün ilk iclasa toplaşırlar:

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, oktyabrın 1-i və 5-də keçiriləcək iclasların gündəliyinə 62 məsələ daxildir.

Belə ki, iclaslarda Azərbayan ilə bir sıra ölkələr arasında sazişlərin təsdiqi, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, o cümlədən banklar haqqında qanuna, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna, "İpoteka haqqında" qanuna, "Pasportlar haqqında" qanuna və digər qanunlara təklif edilən dəyişiklik müzakirəyə çıxarılacaq.