Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: 1 ay vaxt qaldı


Digərləri 01 Okt 2018 09:40:00 230 0

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: 1 ay vaxt qaldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı bir daha xəbərdarlıq edir.

Son.az xəbər verir ki, İdarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-nə qədər davam edəcək.

V.Əsədov yük avtomobillərinin və avtobusların sahiblərinə gecikmədən avtomobillərini texniki baxışdan keçirməyi tövsiyə edib. O bildirib ki, nəqliyyat vasitələri Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzinə təqdim edilməlidir:

"Yük avtomobillərinin və avtobusların sahiblərinə bir daha müraciət edirik ki, vaxtında öz avtomobillərini texniki baxışdan keçirsinlər, müddət bitdikdən sonra həmin avtomobillər cərimə ediləcək. Bir daha xatırladırıq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".