Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb


Digərləri 01 Okt 2018 09:32:48 255 0

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Samir Əli - Daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 187 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.