Azərbaycan nümayəndəsi Makedoniya məhkəmələrinin fəaliyyətinə monitorinq edən qrupuna rəhbərlik etmişdir FOTO
Digərləri 01 Okt 2018 09:30:00 355 0
Avropa Şurasının (AŞ) mətbuat xidmətinə istinadən xəbər veririk ki, Avropa Şurasının üzv dövləti olan Makedoniya Respublikasının məhkəmə və ədliyyə sahəsində statistik məlumatlarının toplanılması və təhlili işinin öyrənilməsi üçün cari ilin sentyabr ayının 19-20-i tarixlərində Skopye şəhərinə qiymətləndirmə səfəri təşkil olmuşdur.
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Fransa, Sloveniya və Xorvatiya ekspertlərindən ibarət olan qiymətləndirmə qrupuna həmin komissiyanın Vitse-prezidenti, azərbaycanlı hakim Ramin Qurbanov rəhbərlik etmişdir.
Səfər zamanı Makedoniyanın Ədliyyə Naziri professor Renata Deskoska ilə rəsmi görüş keçirilmiş, məhkəmə sistemi və ədliyyə sahəsində aparılan islahatlar barədə məlumatları dinlənilmişdir.
Makedoniyanın Ədliyyə Naziri Renata Deskoska və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov
Eyni zamanda, Makedoniyanın bir sıra dövlət qurumlarının rəhbərləri ilə - Məhkəmə Şurasının sədri Zoran Karadzovski, Ali Məhkəmənin sədri Jovo Vangelovski və Baş Prokuror Lyupco Jovevski ilə həmin qurumların fəaliyyəti, o cümlədən məhkəmə statistikasının toplanılması, ümumiləşdirilməsi, təhlili metodologiyası, habelə qiymətləndirmə meyarları və göstəriciləri müzakirə olunmuşdur.
Məhkəmə Şurasının sədri Zoran Karadzovski və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov
Ali Məhkəmənin sədri Jovo Vangelovski və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov
Baş Prokuror Lyupco Jovevski və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov
Makedoniya dövləti tərəfindən yaradılmış sistemlərlə yerində tanış olmaq üçün qiymətləndirmə qrupu tərəfindən apellyasiya məhkəməsi, mülki və cinayət işləri üzrə şəhər məhkəmələrinə səfərlər edilmişdir.
Həmçinin Makedoniya Hakimlərinin Assosiasiyasının sədri Dzemail Saiti və Hakimlər və Prokurorlar Akademiyasının rektoru Aneta Arnaudovska ilə ikitərəfli işgüzar görüşlər keçirilmişdir.
Hakimlərinin Assosiasiyasının sədri Dzemail Saiti və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov
Prokurorlar Akademiyasının rektoru Aneta Arnaudovska və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov
Maraqlı və qürürverici haldır ki, Avropa Şurası tərəfindən Makedoniyaya həyata keçirilmiş bu monitorinq səfərinə həmyerlimiz hakim Ramin Qurbanov rəhbərlik etmişdir.
Məlumat üçün bildirilir ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının ədliyyə, məhkəmə, prokurorluq və vəkillik sahəsində ixtisaslaşmış nüfuzlu qurumudur. CEPEJ Avropa Şurasının digər qurumları - Venesiya Komissiyası, Avropa Hakimlərin Məşvərətçi Şurası, Avropa Prokurorların Məşvərətçi Şurası ilə əlaqəli fəaliyyət göstərir və Avropa məkanında 47 üzv dövlətin məhkəmə sisteminin Avropa Şurasının standartlarına və İnsan Haqları Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılmasını təmin edir.