Nargin adasında REYD - 1 nəfər saxlanıldı


Digərləri 01 Okt 2018 09:10:00 309 0

Nargin adasında REYD - 1 nəfər saxlanıldı

Nargin adasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri reyd zamanı Xəzər dənizinin Nargin adasının yaxınlığında icazəsiz balıq ovlayan şəxs saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Bakı şəhər sakini Rəşid Səfərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyer barəsində 792 manat məbləğində iddia qaldırılıb.