PA: Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub


Digərləri 01 Okt 2018 09:16:00 287 0

PA: Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub

Düşənbədə MDB-nin zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Bakı. Düşənbədə MDB-nin zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub: "Bu, bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır. Onu da əlavə etmək istərdim ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 26 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi. Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir.