ABŞ, Kanada və Meksika yeni ticari saziş imzalayacaq


Dünya 01 Okt 2018 09:03:00 256 0

ABŞ, Kanada və Meksika yeni ticari saziş imzalayacaq

ABŞ, Kanada və Meksika üçtərəfli saziş haqqında razılığa gəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında məlumat yayılıb.

Yeni saziş USMCA (ABŞ, Meksika, Kanada) adlanacaq. Bəyanatda deyilir ki, USMCA işçilərə, fermerlərə, ranço fəhlələrinə yeni standartlara əsaslanan ticari saziş verəcək. Bu sazişin nəticəsində bazarlar daha da azad olacaq, daha ədalətli ticarət və regionda dayanıqlı iqtisadi inkişaf olacaq.