Suda boğulan gənc xilas edilib


Digərləri 01 Okt 2018 07:14:00 271 0

Suda boğulan gənc xilas edilib

Ötən gün Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Son.az "report"-a istinadən bildirir ki, Sabirabad rayonunun Balakənd kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədli Elməddin Saməddin oğlu qıc olaraq su kanalına yıxılıb.

Ağır vəziyyətdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olub.