"Toppuş bacı" üçün yığılan pul, Rəqsanənin rekordu, Təranənin vəhşi Musası, Könülə 20 minlik it


Şou-biznes 01 Okt 2018 00:45:00 335 0

"Toppuş bacı" üçün yığılan pul, Rəqsanənin rekordu, Təranənin vəhşi Musası, Könülə 20 minlik it

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (191-ci say) təqdim edir.

Yerli xəbərlərə keçməzdən əvvəl Türkiyə mətbuatının yazdığı bir məlumatı diqqətinizə çatdırım. Məryəm Üzərli (Hürrem Sultan rolunun ifaçısı) mahnı oxuyub. İndi bu xəbərdən sonra oğul istəyirəm dursun bizim aktrisaların qabağına. Kimə irad bildirsən, deyəcək ki, odey Məryəm də oxuyur.

Yadınızdadırsa ötən həfətlərdə "Toppuş bacı"nın Zaur Baxşəliyevin verilişində səhhətiylə bağlı pul yığmasını tənqid etmişdim. Yazmışdım ki, camaat bilmir pulu aktrisanın ipotekasını bağlamaq üçün göndərir, yoxsa xəstəliyi üçün. İş o həddə çatdı ki, ölkənin baş onkoloqu çıxıb açıqlama verdi. Nə dediyini ətraflı Son.az-da oxuya bilərsiniz. İşin qısa məzmunu bundan ibarət idi ki, aktrisa sağalıb. Sonradan vəziyyətin çıxılmaz olduğunu görən aktrisa belə bir açıqlama verdi ki, pul mənimdir. İstəsəm ipotekamı bağlayaram, istəsəm başqa işlərə xərcləyərəm. İndi də oxuyuram ki, deyib Zaur pulu kimə istəyir, ona da versin. Bu adamlar hələ də anlamırlar ki, o pul Zaurun, Məmmədin, Əhmədin malı deyil. Həmin məbləğ qəpik-qəpik xalqın cibindən çıxıb. Yəni, kiminsə istəməsi şərt deyil. Bütün bunlar öz yerində. Amma başqa bir nüansı da qeyd etməsəm, olmaz.

Tünzaləylə bağlı keçirilən kampaniyada hamı onun sənətə xidmət etdiyini, aktrisalıq fəaliyyətini xüsusi vurğulayırdı. Dostlar, Tünzalə cəmi bir neçə il İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Fəxri adı alandan sonra isə getdi xınayaxdılarını aparmağa. Hansı sənətdən, hansı xidmətdən söhbət gedir. Dağ boyda Yalçın Rzazadə qəpiyə möhtacdır, amma kiminsə vecinə deyil. Bəlkə Tünzalə Hökumə Qurbanovadır, Nəcibə Məlikovadır, xəbərimiz yoxdur? Ən yaxşı halda normal xınayaxdı aparıcısıdır da. Qonorarını alıb məclislərə getmiş adamın xalqa xidmətinin adı nədir? Bu arada Tünzaləni tənqid etdiyimə görə məni tənqid edənləri də şəxsən salamlayıram.