İş görüşməsinə gedərkən


Digərləri 30 Sen 2018 23:35:00 343 0

İş görüşməsinə gedərkən

İş görüşməsinə gedərkən yanınızda hansı sənədləri aparacağınızı dəqiq bilirsiniz. Hətta bir az araşdırdıqdan sonra şıq kostyum və ya sadə, klassik kəsimli don geyinməli olduğunuza da qərar vermisiniz. Ancaq unutmayın ki, iş görüşməsi zamanı geyindiyiniz libas qədər, onun rəngi də önəmlidir. Beləlklə, işə qəbul olunmaq şansınızı artıracaq rəngləri təqdim edirik.

Ən yaxşı seçim göydür

Son.az gencaile.az-a istinadən bildirir ki, tünd-göy rəngdə, sadə paltarla iş görüşməsinə getməyinizi tövsiyə edirik. Çünki bu rəng qarşıdakı insana güvən verir. Yəni üzərində göy rəngi görən işəgötürən avtomatik olaraq sizə inanmalı olduğunu düşünür.

Qəhvəyi rəng

Qəhvəyi rəng də iş görüşməsi üçün uyğundur. Ancaq bu rəngin bir mənfi tərəfi var ki, sizi olduğunuzdan yaşlı və zövqsüz göstərə bilər. Ona görə də qəhvəyi rəng geyinməyə qərar vermisinizsə, ən müasir kəsimli modelləri seçin və dəbli aksessuarlarla stilinizi tamamlayın.