Qiyamətin 50 dayanacağı


Digərləri 30 Sen 2018 23:20:00 272 0

Qiyamətin 50 dayanacağı

Əbu Həmzə Somali duasında Qiyamətin dayanacaqlarına işarə edilmişdir. O zaman ki, bütün bəndələr, o cümlədən möminlər və muxlis bəndələr Qiyamətdə hazır olacaqlar, gərək bəzi dayanacaqları keçsinlər ki, məqsədlərinə çata bilsinlər.

Hədislərin nəzərinə görə, Qiyamətin 50 dayanacağı vardır ki, onların birincisi qəbirdən qalxıb, məhşər səhnəsində hazır olmaqla başlayar.

Qurani-Kərim buyurur: "Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar". ("Məaric" 4).

İmam Sadiq (ə) bu ayəyə istinad edərək buyurur: "Sizin hesabınızı çəkməzdən əvvəl, özünüzdən hesab çəkin. Çünki qiyamətin 50 dayanacağı vardır, hər bir dayanacaq min il zaman çəkir".