İsrafın nişanəsi olan bu xüsusiyyətlərdən çəkinin


Digərləri 30 Sen 2018 22:45:00 256 0

İsrafın nişanəsi olan bu xüsusiyyətlərdən çəkinin

İslam dini kamil və insan həyatının bütün sahələrini əhatə edən bir dindir. İslam insana dünyada yaşamağın keyfiyyətini, əxlaq, davranış və ünsiyyəti öyrədir. Bu ünsiyyət insanın rəbbi ilə, insanın insanla, insanın digər canlılarla və sair daha geniş möhtəvanı əhatə edir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu ünsiyyət və davranışları özündə əks etdirən mövzulardan biri də "israf" məsələsidir. İsraf sözu lüğətdə təyin edilmiş hər hansı bir həddi aşmaq mənasındadır. İstilah və işlənmə yeridə bu cürdürdür. Hər hansı bir şeyi ehtiyacından artıq sərf etmək israf etmək deməkdir. Buna yemək, içmək, lazımsız yerə xərcləmək kimi misalları qeyd vurmaq olar.

Qurani Kərimdə israf barəsində buyurulur:

"Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir." (Əraf-31).

İsraf bəyənilməyən əməllərdəndir, hətta bəzən bu əməl harama da səbəb olur. Ümumiyyətlə israf hər hansı bir şeyi aid oduğu yerdə ehtiyacdan artıq sərf etməyə deyilir. Məsələn dəstəmaz alarkən suyun artıq yerə işlədilməsi.

Bir də israf kəlməsinə yaxın olan "təbzir" ifadəsi də vardır ki, bu da bir şeyin, bir malın gərəksiz yerə xərclənməsinə deyilir. İsraf və təbziri Ayətullah Dəstgeyb belə fərqləndirir:

"İsraf, lüğətdə həddi aşmaq, bir şeyi qədərindən artıq işlətmək mənasındadır. Bu istər hər hansı bir malı lazım olduğundan artıq sərf etmək kimi kəmiyyətdə olsun, yaxud bir şeyi laiq olduğu yerdə işlətmək kimi keyfiyyətdə olsun. Elə bu səbəbdən bir malın özünə laiq (aid) olmadığı yerdə işlədilməsinə "təbzir"(yersiz), özünə aid olub lakin qədərindən artıq işlədilərsə "israf" deyilir". (Dəstğeyb. Böyük günahlar-2. Səh-103)

Yaxın mənalı olab israf və təbzir hər ikisi bəyənilməyən, hətta haram həddinə gəlib yetişən işlərdir. Buna səbəbdən Quran və hədislər bizi bu kimi işlərdən çəkindirb.