“Fəcr” surəsində işarə olunan “on gecə”də məqsəd nədir?


Digərləri 30 Sen 2018 22:50:00 301 0

“Fəcr” surəsində işarə olunan “on gecə”də məqsəd nədir?

Qurani Kərimdə bir çox yerdə "and" ayələri mövcuddur. Bunlardan biri də Fəcr surəsinin əvvəlində zikrolunan ayələrdir:

- And olsun dan yerinə   .وَالْفَجْرِ

- And olsun on gecəyə  .وَلَيَالٍ عَشْرٍ

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, təfsirçilər bu ayə ilə bağlı çox fikirlər bildirmişlər. Ən münasibi isə budur ki, "fəcr" deyilərkən bütün sübh vaxtları nəzərdə tutulur. Allah Quranın ayrı-ayrı ayələrində sutkanın fərqli-fərqli vaxtlarına and içmişdir. Ola bilsin ki, burada Qurban bayramının, yəni Zilhiccə ayının onuncu gününün sübh vaxtı nəzərdə tutulmuşdur. "On gecə" deyilərkən ehtimal ki, zilhiccə ayının birinci ongünlüyünün gecələri nəzərdə tutulur... Deməli, bu andlarla bəlkə də əzəmətli həcc mərasimlərinin keçirildiyi günlərin nəzərdə tutulduğunu deyə bilərik. ("Əl-Mizan" c. 20, səh. 315)