Kitab oxumağın faydaları: Ömrü uzadır və bacarıqları təkmilləşdirir


Digərləri 30 Sen 2018 22:15:00 308 0

Kitab oxumağın faydaları: Ömrü uzadır və bacarıqları təkmilləşdirir

Yel Universitetinin alimləri kitab oxuyanların daha uzun ömürlü və sağlam olduqlarını müəyyən ediblər.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Yel Universitetinin (Yale University School of Public Health) alimləri bəyan ediblər ki, kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş.Sputnik xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər tədqiqat apararaq kitabın insan ömrünü uzatdığını müəyyən ediblər.

Həftə ərzində 3,5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür.Bununla yanaşı, alimlər kitab oxumağın vacibliyinin 5 ən zəruri səbəbini də aydınlaşdırıblar. Birincisi, kitab oxumaq bütün xəstəliklərin 60%-nin, həmçinin insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır.

Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır.İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır.