Qurani Kərimdən gözəl bir dua nümunəsi


Digərləri 30 Sen 2018 22:20:00 258 0

Qurani Kərimdən gözəl bir dua nümunəsi

Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Qəsə surəsinin 16-cı ayəsi də bu növ gözəl dua ayələrindəndir:

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي Rəbbi innii zələmtu nəfsi. Fəğfir lii

"Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!"