Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində qısametrajlı filmlər marafonu keçirilib


Digərləri 30 Sen 2018 21:56:00 354 0

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində qısametrajlı filmlər marafonu keçirilib

Sentyabrın 30-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və "Cinemasports Azerbaijan" Gənc Rejissorlar Birliyinin dəstəyi ilə 14-cü qısametrajlı filmlər marafonu keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirin əvvəlində festival üçün çəkilmiş 3 yeni ekran əsəri nümayiş etdirilib. Gənc rejissorlar Elçin Telmanoğlu, Ədilə Ağayeva və Emin Əzizbəylinin filmlərində həyat eşqi, məqsədyönlülük, özünüinkişaf, daxili qorxularla mübarizə tərənnüm edilir.

Bundan əvvəlki festivallarda fərqlənmiş işlərin nümayiş olunduğu tədbir müzakirələrlə davam edib.


Xəbərə aid fotolar