Polonez ordumuza hansı üstünlüyü verir? VİDEO


Digərləri 30 Sen 2018 21:31:00 227 0

Polonez ordumuza hansı üstünlüyü verir?  VİDEO

Azərbaycan ordusunun silahlanmasına bu yaxınlarda qəbul edilən polonez yaylım atəş sistemləri öz sinfinin dünyada ən yeni modeli hesab olunur. Belə ki, bu sistemlər düşmən hədəflərinə heç bir şans vermədən onları 200 km uzaqlıqda olsa belə yüksək dəqiqliklə məhv edir. Hərbi ekspertlər bu silah qarşısında ermənistan ordusunun heç bir halda duruş gətirə bilməyəcəyini qeyd edirlər.

50 saniyə ərzində 200 km-dən uzaqlıqda 8 ayrı hədəfə dəqiq zərbə endirir. Hədəfdən yayınmaq ehtimalı isə demək olar ki mümkünsüzdür. Söhbət Azərbaycanın Belarusdan alaraq silahlanmasına daxil etdiyi Polonez reaktiv yaylım atəş sistemindən gedir.

Ehtiyyatda olan Polkovnik Məhərrəm Cahangirov bildirir ki, Polonez yaylım-atəş sistemi bütün dünyada öz sinfinin ən müasir silahı hesab olunur.

Məhərrəm Cahangirov onu da qeyd edir ki, bu raketlərin vurma məsafəsi də onun öncəki sinfi hesab olunan Smerç yaylım-atəş sistemindən xeyli yüksəkdir. Çünki bu sistemlərin həm dəqiqliyi var, həm də vurma məsafəsi Smerçdən 50 km-dək daha çoxdur.


Xəbərə aid video