Günahsız insanlar üzərində aparılan bu eksperimentlər sizi dəhşətə gətirəcək


Digərləri 30 Sen 2018 20:55:00 262 0

Günahsız insanlar üzərində aparılan bu eksperimentlər sizi dəhşətə gətirəcək

Faşıstlərin və almanların keçirdiyi təcrübələri oxuduqca və xəbər tutduqca insanı dəhşət bürüyür. Lakin tibb inkişaf etdikcə bu təcrübələrin aparılması da labüddürləşir.

Son.az islaminsesi.info-ya istinadən həmin təcrübələrin bir neçəsini sizə təqdim edir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaddaş silmə eksperimenti

Bu eksperimentlərin içərisində bəlkə də ən uğurlusu Bluebird olub. 1951-54 illərdə keçirilib. Bu təcrübədə iştirak edənlər köməksiz xəstələr və nevroloji xəstəxanadan gətirilən pasientlər idi. Onların çoxu eksperiment haqqında heç nə bilmirdilər. Eksperimet keçirildi və xəstələrə saysız psixotrop dərmanlar verildi. Bu, bioloji və radioloji cəhətdən insan şüuri ilə oynamaq idi. Düzdür, indi bu eksperimentin yenə də keçirilib-keçirilmədiyi məlum deyil, lakin 1976-cı ildə böyük qalmaqala səbəb olan bu eksperiment haqqında bütün sənədlər məhv edilib.

İsraildə əsgərlər üzərində keçirilən eksperiment

2007-ci ildə məlum oldu ki, 1998-2006-cı illər ərzində İsrail ordusunda "Ömər-1" və "Ömər-2" eksperimentləri keçirilib. 716 əsgər üzərində aparılan bu eksperiment bakteroloji silah kimi istifadə olunan Sibir  xorasına qarşı aparılıb. Əsgərlərə bu eksperiment haqqında heç bir məlumat verilməmiş və onun nə ilə nəticələnə biləcəyi də açıqlanmamışdı. Hətta onlara bu məsələləri ailələri ilə müzakirə etmək də qadağan olunmuşdu. Lakin 2007-ci ildə qəflətən məsələnin üstü açıldı. Orduda əsgərlər müxtəlif xəstəliklərdən - ürəkgetmə, epilepsiya, mədə xorası və s. xəstəliklərdən əziyyət çəkməyə başladılar. "İnsan Hüquqları Üzrə Həkimlər" Ali məhkəməyə qədər getdilər və bu işin tədqiq olunmasını tələb etdilər.

Onlar məqsədlərinə çatdılar, lakin eksperiment yenə ictimayyətə açıqlanmadı. Ordu dilemma arasına qaldı:  Bu eksperimentə könüllü olaraq qoşulduğunu söyləsin, yoxsa heç nə olmamış kimi davransınlar. Nəhayət məsələ ört-basdır oldu. Eksperiment isə bir neçə milyon şekel müqabilində Amerika ordusuna satıldı.

Ən yaxşı sifilis, qaradərili sifilisdir