Yaponiyada “Trami” tufanı nəticəsində 70 nəfər xəsarət alıb FOTO


Dünya 30 Sen 2018 20:41:00 246 0

Yaponiyada “Trami” tufanı nəticəsində 70 nəfər xəsarət alıb  FOTO

Yaponiyanın cənub-qərbində "Trami" tufanı güclü küləyə səbəb olub. Yaponiyada "24 nömrəli" adlandırılan tufan artıq əsas ada hesab olunan Hönşüyə də çatıb.

Osaka və Miyazaki prefekturaları daxil olmaqla 10 prefekturada 100 mindən çox insan təxliyə olunub.

Güclü külək nəticəsində çox sayda insanın xəsarət aldığı bildirilir. Tufanın keçdiyi Okinava və Kaqoşima prefekturalarında 74 nəfərin xəsarət aldığı, Miyakocima prefekturasında isə bir nəfərin itkin düşdüyü barədə məlumatlar yayılıb.

Küləyin sürətinin rekord həddə çatacağı barədə xəbərlər var. Sinoptiklər əhaliyə açıq havaya çıxmamağı məsləhət görürlər. Yüz minlərlə evin elektrik enerjisiz qaldığı bildirilir.


Xəbərə aid fotolar