İsrail Azərbaycanın döyüş vertolyotlarını modernizə olunmuş


Digərləri 30 Sen 2018 20:42:00 214 0

İsrail Azərbaycanın döyüş vertolyotlarını modernizə olunmuş

İsrailin "Rafael" şirkəti Azərbaycanın döyüş vertolyotlarını modernizə edilmiş "Spike" raketləri ilə silahlandırır.

Son.az virtualaz.org-a istinadən bildirir ki,bunu ötən həftə Bakıda keçirilmiş "ADEX 2018" müdafiə sərgisində şirkətin regional direktoru Şimon Naymen açıqlayıb.

"Hazırda biz Azərbaycanda hərbi vertolyotlarda modernizə edilmiş "Spike" raketlərinin quraşdırılmasını həyata keçiririk. Bu raketlərin fəaliyyət radiusu 30 kilometrdir. Bu isə o deməkdir ki, modernizə edilmiş "Spike" raketi ilə silahlanmış hərbi vertolyot düşmən üçün əlçatmaz olacaq. Başqa sözlə, vertolyotlar Azərbaycanın nəzarətində olan ərazilərdən düşmənin nəzarəti altında olan ərazilərə dəqiq zərbə endirəcək, bu zaman özü atəş altına düşməyəcək"-Şimon Naymen bildirib.

"Rafael" şirkətinin regional direktoru onu da deyib ki, şirkət Bakıdakı sərgidə MiQ-25 qırıcılarında quraşdırılması mümkün olan ən yeni kəşfiyyat sistemlərini də nümayiş etdirib. Bu sistemlər 350 kilometr məsafədən informasiyanı online rejimində ötürüə bilir.