Udmurtiya Azərbaycan biznesinin maraqlarını Rusiyada


Digərləri 30 Sen 2018 20:14:00 238 0

Udmurtiya Azərbaycan biznesinin maraqlarını Rusiyada

Udmurtiya Azərbaycan biznesinin maraqlarını Rusiyada "Udmurtiyada istehsal olunub" Ticarət Evi vasitəsi ilə təmsil etməyə hazırdır.

Son.az bildirir ki, bu barədə Trend-ə Udmurtiya Respublikasının hökumət sədrinin birinci müavini Aleksandr Svinin bildirib.

"Udmurtiyada istehsal olunub" Dövlət Ticarət Evi yarım il bundan əvvəl açılıb. Svinin sözlərinə görə, bu dövr ərzində Ticarət Evi yerli sahibkarlarla işləyib və onlara böyük vəsaitlər cəlb etməyə köməklik edib: "Biz Azərbaycan biznesinə Ticarət Evimiz vasitəsi ilə yardım təklif etməyə hazırıq. Bu eksklüziv təklifdir və biz onu bir neçə ölkəyə etmək istəyirik, Azərbaycan təklif etdiyimiz ilk ölkədir".

Sədr müavini həmçinin bildirib ki, Ticarət Evi Azərbaycan sahibkarlarına marketinq araşdırmaları, bu və ya digər məhsula olan tələbatın öyrənilməsi ilə əlaqədar yardım edə bilər.