Dünyadakı tək vəzifəmiz olan Allahın rizasını qazanmağın yolu
Digərləri 30 Sen 2018 20:10:00 262 0
İnsan uca yaradanın məxluqudur. Yəni Allahın yaratdığı bir varlıqdır. Hər bir yaranmışın bir yaradılış hədəfi və yaradıldıqdan sonra bir vəzifəsi olur. Bu danılmaz bir həqiqətdir. Belə olan halda insanın da bir yaradılış hədəfi və dünyada bir vəzifəsi olmalıdır.
Qurani Kərim insanın yaradılış hədəfinin Allahı tanıması olduğunu bildirir:
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ
Mən cinləri və insanları yalnız Mənə ibadət (bəndəlik) üçün yaratdım! (Zariyat-56)
Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bəndəlik ümumi mənada Allahı tanımaq, qul olmaq, itaət etmək,tabe olmaq mənasındadır. Bəli, Qurana əsasən insanın yaranış hədəfi Allahı tanıması, Onu təsdiq etməsi, dünyadakı tək və yeganə vəzifəsi isə Allahın rizasını qazanmaqdır.
Bütün yaxşı işlərin son zirvəsi ilahi rizadır. Hər hansı bir iş zahirən yaxşı görünə bilər, yaxud pis iş kimi anlaşıla bilər. Əsas olan Allah rizasını qazanmasıdır. Çünki bütün işlərin yetişə biləcəyi ən son zirvə və ala biləcəyi nə üstün mükafat məhz ilahi rizadır:
"Dön rəbbinə, sən Ondan, O səndən razı halda!" (Fəcr-28)