Bərdə bazarında –


Digərləri 30 Sen 2018 19:14:00 280 0

Bərdə bazarında –

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayonun Alpoud kəndində yerləşən bazarda Tərtər rayon sakini Ziyəddin Muradovun cibindən 1170 manat oğurlanıb.

Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Namiq Bəkirov saxlanılıb.

Məlum olub ki, Namiq Bəkirov əvvəllərdə eyni əməllərə görə məhkum olunub.