İndoneziyada zəlzələdən sonra yüzdən çox məhbus həbsxanadan qaçdı


Dünya 30 Sen 2018 17:52:00 209 0

İndoneziyada zəlzələdən sonra yüzdən çox məhbus həbsxanadan qaçdı

İki güclü zəlzələ baş verən İndoneziyanın Mərkəzi Sulavesi əyalətində yüzdən çox məhbus həbsxanadan qaçıb.

Oxu.az-ın verdiyi xəbərə görə, bu barədə "The Jakarta Post" qəzeti yazıb.

Nəşrin bildirdiyinə əsasən, kütləvi qaçış sentyabrın 28-də baş verib. Belə ki, yeraltı təkanlar başlayan zaman bir neçə yüz məhbus azadlığa buraxılmaqlarını tələb edib. Daha sonra onlar qiyam qaldıraraq həbsxana binasını yandırıb.