Dünyanın ən uzun ayaqlı qadını


Digərləri 30 Sen 2018 18:00:00 455 0

Dünyanın ən uzun ayaqlı qadını

Rusiyalı model Yekaterina Lisina ən uzun ayaqlı qadın olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, keçmiş basketbolçu olan xanım model 2008-ci ildə Pekin Olimpiadasında bürünc medal qazanıb. Lakin o, karyerasını tamam başqa istiqamətdə davam etdirmək qərarına gəlib.

O, ayağının uzunluğundan istifadə edərək adını sözügedən kitaba yazdıra bilib. Ekaterinanın sol ayağı 132,8 sm uzunluğunda, sağ ayağı isə 132,2 sm uzunluğundadır. 


Xəbərə aid fotolar