Roma-da zədə sindromu


İdman 30 Sen 2018 17:12:00 365 0

Roma-da zədə sindromu

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda doğma meydanda Victoria-nı qəbul edəcək Roma oyuna ciddi itkilərlə çıxacaq. Goal.az paytaxt təmsilçisinin 3 futbolçusu – Dieqo Perotti, Daniele De Rossi və Xavyer Pastore Çexiya klubu ilə matçı buraxacaq. Onların sıraya nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Perotti artıq bir müddətdir zədəlidir. Komandanın kapitanı De Rossi və yeni transfer Pastore isə A Seriyasının son turunun Lazio ilə oyununda (3:1) zədələniblər.