Soyuq münasibətlər Lavrovun nəfəsi ilə "istiləşir"


Dünya 30 Sen 2018 16:44:00 292 0

Soyuq münasibətlər Lavrovun nəfəsi ilə "istiləşir"

ABŞ suverenlik prinsipinə həqiqətən əməl etsəydi, digər ölkələrin işlərinə müdaxilə etməzdi.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, bu fikirləri ard-arda yüksək səviyyəli diplomatik görüşlər keçirdikdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında bildirib.

Lavrov, BMT Baş katibi və ABŞ prezidentinin çıxışlarını çox bəyəndiyini, hətta onlarla həmfikir olduğunu, lakin bunların yerinə yetirilməsinin daha vacib olduğunu qeyd edib.

O, Trampın çıxışınına xüsusi diqqət çəkərək: "Tramp deyir ki, ABŞ yalnız Prezidentin sözü ilə hərəkət edən ölkə deyil. Eyni zamanda qeyd edir ki, suverenlik ən vacib məsələdir və digər bütün məsələlər ikinci növbədə durur. ABŞ Konstitusiyası və BMT-yə qoşulma haqqında qanunlar ölkənlərin milli qanunvericiliyə prioritet məsələ kimi yanaşmağı nəzərdə tutur. Lakin əvvəlki administrasiyaların heç biri bu xətti nəzərdə tutulduğu kimi davam etdirməyib" - deyə vurğulayıb.