"İş dəftərinə beşbarmaq, oğru aləminin simvollarını çəkirdi"


Kriminal 30 Sen 2018 16:36:28 302 0

"İş dəftərinə beşbarmaq, oğru aləminin simvollarını çəkirdi"

Gül mağazalarının sahibini öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qətlə yetirilən Vüqar Quliyevin xanımı Lamiyə Quliyeva ifadə verib.  Lamiyə Quliyeva mərhumun hüquqi varisidir. Sərbəst ifadə verən Lamiyə Quliyeva əvvəlcə təqsirləndirilən şəxsin dediklərinin həqiqət olmadığını deyib.