Misir xaricdən təbii qaz idxalını tam dayandırdı


Dünya 30 Sen 2018 15:45:34 252 0

Misir xaricdən təbii qaz idxalını tam dayandırdı

Misir xaricdən maye təbii qaz idxalının tam dayandırılmasını elan edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Mulla bəyan edib.

Onun sözlərinə görə, Misirdə təbii qaz hasilatı artıq gündəlik 6,6 milyard kub futa çatıb. O deyib: "Ötən ilin dekabr ayından "Zöhr" iri qaz yatağının işə salınmasından Misirdə qaz hasilatı daim artır".