Antalyaya 11 milyondan çox turist gedib


Dünya 30 Sen 2018 15:23:00 255 0

Antalyaya 11 milyondan çox turist gedib

Türkiyənin Antalya vilayətinə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb.

Son.az bildirir ki, Trend-in Antalyanın Mədəniyyət və Turizm İdarəsinə istinadən verdiyi məlumata əsasən, cari ilin 1-29 sentyabr müddəti ərzində Antalya və Qazipaşa hava limanları vasitəsi ilə regiona 1877,5 min turist gəlib. Ötən ilin analoji göstəricisi ilə müqayisədə turistlərin sayı 25 faiz artıb.

"Yanvarın 1-dən sentyabrın 29-dək iki aeroport vasitəsi ilə regiona 11,4 milyon turist gəlib. 10,71 milyon turist Antalya aeroportuna, 287,8 min turist isə Qazipaşa aeroportuna gəlib. Ötən illə müqaisədə turistlərin sayı 28 faiz artıb", - deyə İdarənin məlumatında bildirilir.