Qarabağ-ın sabiq hücumçusu Region Liqasında


İdman 30 Sen 2018 14:34:00 314 0

Qarabağ-ın sabiq hücumçusu Region Liqasında

Azərbaycan millisinin keçmiş hücumçusu Vüqar Nadirov bundan sonra karyerasına Region Liqada davam edəcək. Goal.az xəbər verir ki, Nadirov həvəskar komandaların mübarizə apardığı liqada FC “Baku”nun formasını geyinəcək.

31 yaşlı hücumçu karyerası ərzində “Qarabağ”, “Karvan”, “Masallı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” kimi klublarda çıxış edib. Onun Premyer Liqadakı son klubu “Səbail” olub.