İşə getmədən ildə 800 min dollar necə qazanırlar?


Digərləri 30 Sen 2018 13:58:52 268 0

İşə getmədən ildə 800 min dollar necə qazanırlar?

Fərqli ölkələrdəki savadlı və öz peşəsində uğur qazanmış insanları tapıb, uzaqdan çalışma modeli ilə heyət quran Crossover şirkətinin maraqlı strategiyası var.

Son.az musavat.com-a istinadən xəbər verir ki, işçi sayını ikiqat artırmağı planlaşdıran şirkət illik 800 min dollara qədər gəlir vəd edir.

İnkişaf edən bulud texnologiyaları ilə birlikdə dünyada yeni bir iş modeli ortaya çıxıb. Artıq insanlar dünyanın fərqli ölkələrindəki şirkətlərə, minlərlə kilometr uzaqlıqda olsalar da xidmət göstərərək, ildə minlərlə dollar gəlir əldə edə bilirlər. Fərqli ölkələrdəki nüfuzlu iş gücünü, uzaqdan çalışma modelini mənimsəyən şirkətlərlə görüşdürən Amerika mərkəzli Crossover öncə Türkiyə bazarına girib. 200-ə yaxın türk işçisinə Yaponiya, Amerika, Rusiya kimi dünyanın fərqli ölkələrində çalışma modeli ilə iş və illik 800 min dollara yaxın gəlir imkanı təmin edən Crossoverin təmsilçisi Andy Tryba, uzaqdan çalışma sisteminin detallarını "Sabah" qəzetinə açıqlayıb.

- Uzaqdan çalışma sistemi necə işləyir?

- Uzaqtan çalışma hələ də inkişaf etməkdə olan bir dəbdir. Bütün işlərin gələcəyi belə şəkillənəcək. Çünki yüksək qabiliyyət tələb edən işlər bulud atmosferində həyata keçiriləcək. Buludda olduğu üçün də harada çalışmanızın artıq heç bir əhəmiyyəti qalmayacaq.

- Sistem necə idarə ediləcək?

- Bu sistemdə yenə də hər kəsin bir rəhbəri, karyeri, hədəfləri olacaq. Sadəcə ofisdə çalışma məcburiyyəti ortadan qalxacaq. İnsanlar faydalı ola biləcəkləri hər yerdən çalışa biləcəklər.

- Uzaqdan çalışma modeli ən çox hansı ölkələrdə tətbiq olunur?

- Biz 108 ölkədə xidmət edirik. Əsasən amerikalı şirkətlər, dünyanın harasında olursa olsun, bu qabiliyyətli insanları işə götürmək istəyirlər. Türkiyədə 165 nəfər bu şəkildə çalışır. Bu say 6 ay əvvəl 80 idi. Bu gün ikiqat artıb.

- Türkiyədəki iş gücünü necə qiymətləndirirsiz?