Azərbaycanlı FİFA referisi karyerasına fasilə verib


İdman 30 Sen 2018 13:56:00 271 0

Azərbaycanlı FİFA referisi karyerasına fasilə verib

Azərbaycanlı FİFA referisi Ömər Paşayev bir müddət hakimlikdən uzaq qalmalı olacaq. Goal.az xəbər verir ki, Paşayevin hakimlikdən uzaqlaşmasının səbəbi səhhətində yaranan problemlərdir. 30 yaşlı referi keçən müddətdə müalicə almaqla yanaşı, hakimlik etsə də, nəhayət, bir müddət yaşıl meydanlardan uzaq qalmasına qərar verilib.

Onun AFFA-dan bir illik icazə aldığı deyilir. Müalicə müddəti tez bitsə, Paşayevin hakimliyə qayıdışı da bir ildən daha az müddətdə baş verə bilər.

AFFA-nın FİFA hakimliyinə yeni referinin adını göndərəcəyi gözlənilir.