Fələstindən Beynəlxalq Haqa Məhkəməsinə şikayət: "ABŞ hüquqi normativləri pozur"


Dünya 30 Sen 2018 13:34:00 284 0

Fələstindən Beynəlxalq Haqa Məhkəməsinə şikayət: "ABŞ hüquqi normativləri pozur"

Fələstin ABŞ-ın beynəlxalq müqaviləyə riayət etmədiyini səbəb göstərərək Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) şikayət edib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mərkəzi Haqadan verilən açıqlamalarda bildirilib.

Açıqlamalarda Fələstin tərəfinin, ABŞ-ın beynəlxalq razılaşmalara riayət etməməsi və həmçinin Qüdsdə açılmış səfirliyinin onların ərazi bütövlüyünə zidd olması məsələlərini qabartdığı qeyd edilib.