Slaven Biliçin müqavilə şətləri məlum olub


İdman 30 Sen 2018 13:18:00 279 0

Slaven Biliçin müqavilə şətləri məlum olub

Xorvatiyalı mütəxəsis Slaven Biliç bu həftə Səudiyyə Ərəbistanının Al İttihad klubu ilə anlaşmışdı. Onun müqavilə şərtləri də artıq məlum olub. Goal.az xəbər verir ki, 3 illik müqaviləyə imza atan 50 yaşlı çalışdırıcı illik 8 milyon avro qazanacaq.

Əvvəllər Hajduk, Lokomotiv (Moskva), Beşiktaş, West Ham kimi komandaları çalışdıran xorvatiyalı məşqçi, ölkəsinin əsas və 21 yaşlılardan ibarət yığmalarının da “sükanı arxasında” olub.