Trampın artan Kim Çen İn sevgisi


Dünya 30 Sen 2018 13:02:00 240 0

Trampın artan Kim Çen İn sevgisi

ABŞ prezidenti Donald Tramp özünün prezidentliyi dövründə Vaşinqtonla Pxenyan arasında münasibətlərin yaxşılaşdığını bildirib.

Yenicag.az TASS-a istinadən  xəbər verir ki, bu barədə Çim Çen İnla münasibətlərindən danışarkən ABŞ prezidenti qeyd edib.

Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri Qərbi Virciniyadakı çıxışında Kim Çen Inla münasibətlərinin durmadan yaxşılaşdığını vurğulayıb. "Şimali Koreya ilə münasibətlərimiz əladır. Mən prezident vəzifəsinin icrasına başlayanda Pxenyana qarşı olduqca sərt mövqe tuturdum. İndi isə bizim münasibətlərimiz əladır. Baxaq sonra nə olacaq", - deyə Tramp əlavə edib.