Terri məşqçilik karyerasına Chelsea-də başlayıb


İdman 30 Sen 2018 12:20:00 228 0

Terri məşqçilik karyerasına Chelsea-də başlayıb

İngiltərə millisi və Chelsea-nin sabiq müdafiəçisi Con Terri məşqçilik karyerasına başlayıb. Goal.az xəbər verir ki, Terrinin məşqçi kimi ilk iş yeri Chelsea olacaq. O, “zadəganlar"ın 23 yaşdan aşağı futbolçulardan ibarət komandasına rəhbərlik edəcək. Terri bu postda Codi Morissanı əvəz edib. Morissa Frenk Lempardın baş məşqçisi olduğu Derby County-yə gedib.

Terrinin illik məvacibi 800 min funt olacaq. Con Terri sentyabr ayında Moskva Spartak-ına keçməyə yaxın idi. Ancaq futbolçu ailəsi ilə məsləhətləşdikdən sonar Rusiyaya getməkdən imtina edib. Terri 1998-2017-ci illərdə Chelsea-nin şərəfini qoruyub. Ö, ötən mövsümü Aston Villa-da keçirib.