Xaçmazda mebel sexi, Bərdədə 4 otaqlı ev yanıb


Digərləri 30 Sen 2018 11:49:16 235 0

Xaçmazda mebel sexi, Bərdədə 4 otaqlı ev yanıb

Xaçmaz rayonunda mebel sexində yanğın olub.

Bakı. Xaçmaz rayonunda mebel sexində yanğın olub. Trend-ə FHN-dən verilən məlumata əsasən, Xaçmaz rayonunda ümumi sahəsi 350 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisində olan mebel məmulatları, 6 ədəd dəzgah, 2 ədəd mühərrik və 2 ədəd boya aparatı yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.