Stadion tribunasının hasarı uçdu, azarkeşlər xəsarət aldı


İdman 30 Sen 2018 11:21:00 276 0

Stadion tribunasının hasarı uçdu, azarkeşlər xəsarət aldı

İspaniya La Liqasında VII turun "Eibar" - "Sevilla" matçı zamanı "Munisipal de İpurua" stadionu uçub. Goal.az xəbər verir ki, hadisə ikinci hissənin ortalarında baş verib.  "Sevilla"nın futbolçusu Ever Baneqanın qolunun qeyd edildiyi vaxt Eybardakı arenada hasar qırılıb. Nəticədə "Sevilla" azarkeşləri meydana yıxılıblar. 

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlar tibbi yardım almaqdan ötrü xərəklə aparılıblar. Görüş "Sevilla"nın qələbəsi ilə yekunlaşıb - 3:1.