İndoneziyada zəlzələdən zərər çəkənlərə 37 milyon dollar ayrılacaq


Dünya 30 Sen 2018 11:16:00 241 0

İndoneziyada zəlzələdən zərər çəkənlərə 37 milyon dollar ayrılacaq

İndoneziya hökuməti Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində zərər çəkənlərə yardım göstərilməsi üçün təqribən 37 milyon dollar vəsait ayırmaq niyyətindədir.

Son.az report-a istinadən bildirir ki, bu barədə ölkənin maliyyə naziri Sri Mulyani İndravatiyə istinadən "Antara" nəşri yazıb.

Onun sözlərinə görə, bu məbləği Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsi istəyib.